Xəbərlər


Güləşçimiz Rəsul Çunayev Avropa ikincisi oldu

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) yarışda inamla mübarizə apararaq finala qədər irəliləyib. Lakin həlledici görüşdə Rusiya təmsilçisi Adam Kuraka məğlub olan idmançımız qitə çempionatının gümüş medalına sahib olub. 77 kiloqram çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev isə bürünc medala layiq görülüb.