Xəbərlər


Cüdoçularımız Afrika kubokunda

Mərakeşin Kasablanka şəhərində yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir sona yetib. Oktyabrda Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda gərgin mübarizə şəraiti müşahidə olunub.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində yer almış cüdoçularından beşi mükafata layiq yer tutub. Təmsilçilərimizdən Aytac Qardaşxanlı (48 kq), Vüqar Talıbov (66 kq) və İbrahim Ağakişiyev (81 kq) yalnız final mərhələsində məğlub olaraq gümüş medala layiq görülüblər. Ülviyyə Bayramova (52 kq) və Nəriman Mirzəyev (60 kq) isə Afrika kubokunu bürünc medalla tərk ediblər.