Xəbərlər


Boksçularımızdan 7 medal

2004-2005-ci il təvəllüdlü yeniyetmə boksçular arasında "Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 220 dəri əlcək sahibi medallar uğrunda mübarizə aparıb.

Klubumuzun yeniyetmə boksçuları birinciliyin 7 medalına (3 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər. İdmançılarımızdan Aslan Quliyev (48 kq), Rəmiş Cəfərov (68 kq) və Əli Həsənov (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bəylər Bayramov (56 kq) və Nihat Qurbanov (76 kq) 2-ci, Elmir Rəhimovla (37 kq) Qədir Rüstəmov (46 kq) isə 3-cü yeri tutublar.