Xəbərlər


Güləşçimiz beynəlxalq turnirin qalibi olub

"Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Fərid Cabbarov (80 kq) Rusiyanın Tümen şəhərində qızıl medala sahib olub. Yeniyetmələr arasında keçirilən yarışda əzmlə mübarizə aparan idmançımız bütün rəqiblərini məğlubiyyətə uğradıb və beynəlxalq turnirin qalibi adını qazanıb.