Xəbərlər


Cüdoçularımız Avropa çempionatında 2 medal qazanıblar

İsrailin Tel-Əviv şəhərində keçirilən cüdo üzrə Avropa çempionatıına yekun vurulub.

Azərbaycan millisi mötəbər turnirin iki medalına sahib olub. Əldə olunan medalların hər ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıb. Cüdoçularımızdan 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Avropa çempionatının gümüş medalına layiq görülüb. Zelim Kotsoyev (100 kq) isə yarışı üçüncü pillədə başa vurub.