Xəbərlər


Paralimpiyaçılarımız Antalyadan 6 medalla dönürlər

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə IBSA dünya kuboku yarışlarına yekun vurulub.

Paralimpiyaçı cüdoçulardan ibarət yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olublar.

Sevindirici haldır ki, ölkəmizə medal qazandıran paracüdoçuların hamısı "Neftçi İdman Klubu”nun təmsilçiləridir. Onlardan 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rəhimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlub olan Sevda Vəliyeva (52 kq) gümüş medala layiq görülüb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (+100 kq) isə turniri üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və "Neftçi İdman Klubu”nun dəstəyi ilə çıxış edib.

Paralimpiyaçılarımız Antalyadan 6 medalla dönürlərParalimpiyaçılarımız Antalyadan 6 medalla dönürlərParalimpiyaçılarımız Antalyadan 6 medalla dönürlər