Xəbərlər


“Qaradağ Lökbatan” bir xalla kifayətləndi

I Divizionda 24-cü turun oyunlarına start verilib.

Bu tur çərçivəsində "Qaradağ Lökbatan” "Şüvəlan”ın qonağı olub. "AZAL Arena”da təşkil olunan qarşılaşmadan komandalar hərəyə 1 xalla ayrılıblar. 14-cü dəqiqədə Mübarək Şaquliyev rəqibi önə çıxarıb. Fasiləyə qədər hesab dəyişməsə də, 71-ci dəqiqədə komandamız Ruslan Tağızadənin vurduğu qolla hesaba tarazlıq gətirib – 1:1. Matç elə bu hesabla da başa çatıb.