Xəbərlər

“Neftçi İdman Klubu” səmti müəyyən etmə yarışı keçirdi

"Neftçi İdman Klubu” İctimai Birliyi neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvlərinin sağlamlıqlarının qorunmasını özünün prioritet məsələlərindən hesab edir. Klubumuz ilboyu onlar arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil edir və onların asudə vaxtlarının səmərəli keçməsinə yardımçı olur.

Aprelin 18-də qurum tərəfindən neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında növbəti – səmti müəyyən etmə üzrə ilin ilk açıq turizm yarışı keçirildi. Suraxanı rayonunun Zığ qəsəbəsindəki zeytun bağlarında keçirilən turnirdə N.Nərimanov adına NQÇİ, Qaz Anbarlarının İstismarı İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, "Abşeronneft” NQÇİ, "Qaz İxrac” İdarəsi, "28 May” NQÇİ, "Azərkimya” İstehsalat Birliyi, "Neftqazelmitədqiqatlayihə” İnstitutu, Karbamid Zavodu, Əli Əmirov adına NQÇİ, Hacı Zeynalabdin Tağıyev adına NQÇİ və "Bibiheybətneft” NQÇİ komandalarının tərkibində 78 iştirakçı mübarizə aparırdı.

Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də "Neftçi İdman Klubu”nun yığma komandasının üzvlərini müəyyən etmək idi.

İlk öncə "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, bütün yarış iştirakçılarına və hakimlərə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salamlarını və ən xoş arzularını çatdırdı. O, yarışa müxtəlif sahələrdən insanların qatılmasından məmnunluğunu ifadə etdi. Klub rəsmisi ölkəmizdə idman və Olimpiya Hərəkatına göstərilən dövlət qayğısından söhbət açaraq, respublikamızda vətəndaşların sağlamlığına ayrılan diqqəti xüsusi vurğuladı. Natiq çıxışının sonunda bütün yarış iştirakçılarına uğurlar dilədi.

Sonra baş hakim Nataliya Əliyeva yarış və onun keçirilmə qaydaları haqda iştirakçılara məlumat verdi. Meşə zolağında kişilər üçün 13, qadınlar üçün isə 11 nəzarət məntəqəsi təyin olunmuşdu. Marşrutun uzunluğu kişilər arasında 3100 metr, qadınlarda isə 2900 metr təşkil edirdi.

İştirakçılar yarışda həm şəxsi, həm də komanda hesabında mübarizə aparırdılar. Kişilər arasında Yuri Çernov ("Dağçılıq” İdman Klubu) liderliyə yüksəldi. Ramin Əliyev 2-ci, Vladislav Tuzov (hər ikisi "Neftçi İdman Klubu”) isə 3-cü oldu. Qadınların şəxsi yarışında Oksana Lyalyakina ("Dağçılıq” İdman Klubu) finişə ən tez çatan iştirakçı oldu. Nataliya Şiyanova ("Dağçılıq” İdman Klubu) 2-ci, Tatyana Qəniyeva ("Neftçi İdman Klubu”) isə 3-cü pillədə qərarlaşdı.

Komanda yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodu qalib adını qazandı. Nəriman Nərimanov adına Neftqazçıxarma İdarəsi 2-ci, "Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutdu.

Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılar "Neftçi İdman Klubu”nun diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

“Neftçi İdman Klubu”  səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”  səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”  səmti müəyyən etmə yarışı keçirdi“Neftçi İdman Klubu”  səmti müəyyən etmə yarışı keçirdi