Xəbərlər


Zelim Kotsoyev Antalyada qalib olub

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.Yarışda 50 ölkədən 316 idmançı (206 kişi, 110 qadın) medallar uğrunda mübarizə aparıb.

Azərbaycan millisinin üzvləri mötəbər turnirin dörd medalına sahib olublar ki, onların da hamısını "Neftçi İdman Klubu”nun cüdoçuları ölkəmizə qazandırıblar. 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev bütün rəqiblərini məğlubiyyətə uğradaraq qızıl mdala yiyələnib. Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev və Tural Səfquliyev (hər ikisi 90 kq) isə beynəlxalq turniri üçüncü pillədə başa vurublar.