Xəbərlər


Cüdoçularımız 4 medal qazanıblar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə Türk Şurası Universitet İdman Oyunları keçirilib. İki gün davam edən turnirdə Azərbaycan, Türkiyə və Qazaxıstan idmançıları qalib adı uğrunda yarışıblar.

"Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçularından 4-ü turnirin medalına layiq görülüb. Onlardan 66 kiloqram çəki dərəcəsində mübarizə aparan İlkin Babazadə və Telman Vəliyev (73 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xanım idmançılarımızdan Şəfəq Məmmədova (52 kq) gümüş, Səkinə Zairova (57 kq) isə bürünc medala yiyələnib.