Xəbərlər


“Qaradağ Lökbatan” yenə heç-heçə etdi

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda 22-ci turun oyunlarına start verilib.

"Qaradağ Lökbatan” bu turda İmişlidə "Mil-Muğan”ın qonağı olub. Heydər Əliyev adına İmişli şəhər stadionunda təşkil olunan oyunda tərəflər hərəyə bir xalla kifayətlənib. Matçın 44-cü dəqiqəsində komandamız Ruslan Voronsovun vurduğu qolla önə keçib. Qarşılaşmanın 71-ci dəqiqəsində isə "Mil-Muğan” hesabı bərabərləşdirib-1:1. Rəqibin futbolçusu Rəşad Orucov komandasını məğlubiyyətdən xilas edib.