Xəbərlər


“Neftçi İdman Klubu”nun təmsilçiləri ilin ilk üç ayı ərzində 400 medala sahib olublar

"Neftçi İdman Klubu”nun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. İdmançılarımız ilin birinci rübündə ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 116-sı qızıl, 114-ü gümüş və 170-i bürünc olmaqla, ümumilikdə 400 medal qazanıblar. Atletlərimiz dünya yarışlarında 2 (2 qızıl), Avropa yarışlarında 2 (1 qızıl, 1 gümüş), beynəlxalq turnirlərdə isə 19 medala (3 qızıl, 7 gümüş, 9 bürünc) yiyələniblər. Respublika yarışlarında 169 dəfə fəxri kürsüdə yer alan (55 qızıl, 46 gümüş, 68 bürünc) təmsilçilərimiz, paytaxt yarışlarında 133 (37 qızıl, 34 gümüş, 62 bürünc), digər yarışlarda isə 75 medala (18 qızıl, 26 gümüş, 31 bürünc) sahib olublar.