Xəbərlər


Yeniyetmə boksçularımız respublika birinciliyində

Yeniyetmələr arasında keçirilən boks üzrə Azərbaycan birinciliyi başa çatıb. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 295 dəri əlcək sahibi 17 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Klubumuzun yetirmələri ölkə birinciliyinin 10 medalına (2 qızıl, 5 gümüş, 3 bürünc) yiyələniblər. Boksçularımızdan 43 kiloqram çəkidə çıxış edən Səid Abdullayev və Kamal Abdullayev (+76 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıblar. Xəyal Nəzərov (46 kq), Aslan Quliyev (48 kq), Bəylər Bayramov (56 kq), Əli Həmidov (65 kq), Aqil Zülfüqarov (68 kq) gümüş, Tural Sarıyev (44,5 kq), Ədalət Əliyev (50 kq) və Əli Həsənov (73 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, yeniyetmə boksçularımız komanda hesabında ikinci yeri tutublar.