Xəbərlər


Futzal komandamız “Yasamal”ı məğlub edib

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 22-ci turun oyunları keçirilib.

"Neftçi İdman Klubu”nun futzalçıları bu turda "Yasamal” komandası ilə üz-üzə gəliblər. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma komandamızın 6:2 hesablı qələbəsiylə yekunlaşıb. Rəqib qapısından topları Rüfət Balakişiyev (2:26, 28:43), Vüsal İsayev (5:43), Vahib Xocayev (7:25), Oruc Baxşəli (19:58) və Tural Qurbanov (27:26) keçiriblər.