Xəbərlər


Asxab Kalayev ikinci oldu

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib.Kişilər ,qadınlar və ustadlar arasında təşkil olunan yarış Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının idman zalında gerçəkləşib.

Klubumuzun təmsilçisi Asxab Kalayev (+105 kq) kişi ağır atletlərin yarışında gümüş medala layiq görülüb. İdmançımız ümumilikdə 295 kiloqram ağırlığın (135+160) öhdəsindən gəlməklə bu uğura imza atıb.