Xəbərlər


Kikboksinq üzrə respublika birinciliyi sona yetib

İsmayıllı Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.

İyirmi beş komandanı təmsil edən idmançıların qatıldığı yarışda klubumuzun yeniyetmə kikboksçuları da qüvvələrini sınayıblar. Əzmlə vuruşan idmançılarımız 5-i qızıl, 4-ü gümüş və 3-ü bürünc olmaqla, ölkə birinciliyinin 12 medalını əldə ediblər. Onlardan Əli Atayev (45 kq), Emin Əliyev (48 kq), Vüsal Kazımov (54 kq), Elşad Şahbazov (67 kq) və Elcan Alkişiyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionluğunu bayram ediblər.

Qeyd edək ki, yeniyetmə kikboksçularımız komanda hesabında birinci yeri tutublar.

Kikboksinq üzrə respublika birinciliyi sona yetibKikboksinq üzrə respublika birinciliyi sona yetib