Xəbərlər


Samboçularımız dünya kubokunda iki qızıl medal qazanıblar

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya kubokuna yekun vurulub. 26 ölkədən 200-dən çox idmançının qalib adı uğrunda yarışdığı turnir gərgin mübarizə şəraitində keçib.

Azərbaycan millisi mötəbər yarışın 2 qızıl medalına yiyələnib ki, onların da hər ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun samboçuları qazandırıblar.Təmsilçilərimiz Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) bütün görüşləri qələbə ilə başa vuraraq dünya kubokunun qalibi olublar.