Xəbərlər


Rəsul Çunayev beynəlxalq turnirin qalibi olub

"Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Rəsul Çunayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov” beynəlxalq turnirində qızıl medala sahib olub. 72 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən pəhləvanımız mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, Polşa və Rumıniya təmsilçilərini vaxtından əvvəl təmiz qələbə ilə məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyə idmançısı üzərində də qələbə qazanan Çunayev finala vəsiqəni təmin edib. Həlledici görüşdə fransalı rəqibini vaxtından əvvəl məğlub edən klubumuzun yetirməsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.