Xəbərlər


Novruz bayramınız mübarək!

Xalqımızın əziz bayramı olan Novruz dörd ünsürü ilə təbiətin yaşıl donunu geyinməsinin, isti nəfəsli günlərin həyatımızı rövnəqləndirməsinin, torpağın, suyun yeni vüsətlə oyanmasının soraqçısı və rəmzidir. Novruz həm də insanların ovqatına yenilik, təravət gətirir. Novruz yeni ümidlər, oyanış, yüksəliş bayramıdır.
"Neftçi İdman Klubu" İctimai Birliyinin rəhbərliyi və kollektivi sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər kəsə bahar ovqatı, cansağlığı və səadət arzulayır.
Qoy, bu bayram təravəti, nəfəsi ilə qəlbinizi isitsin, günəşli yolunuza nur saçsın.
Bayramınız mübarək, əziz dostlar!