Xəbərlər


Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib

"Şüa” İdman Kompleksində stolüstü tennis üzrə ölkə birinciliyi sona yetib. 2000-2002, 2003-cü illər təvəllüdlü və daha azyaşlı oğlan və qızlar arasında təşkil olunan yarışda Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran, Salyan, Gədəbəyi təmsil edən komandalardan 100-dən çox idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun yetirmələrindən Vahid Cavanşirov komanda (Bakı) yarışında qızıl medala yiyələnib. Zemfira Mikayılova isə ikinci yeri tutub. Bu idmançımız Şəxsi yarışlarda da eyni uğura imza atıb. Qoşa yarışlarında Xədicə Əbilzadə və Zemfira Mikayılovadan ibarət cütlük bürünc medal qazanıb. Qarışıq – qoşa yarışlarında isə İbrahim Ansari-Zemfira Mikayılova cütlüyü gümüş medala layiq görülüb.