Xəbərlər


Kiçikyaşlı yeniyetmə cüdoçuların ölkə birinciliyi başa çatıb

"Sərhədçi” İdman Olimpiya Mərkəzində on beş yaşadək cüdoçular arasında keçirilən respublika birinciliyinə yekun vurulub.

Yarışın sonuncu günündə klubumuzun yetirmələrindən 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Süleyman Əliyev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıb.

Xatırladaq ki, turnirin əvvəlki günlərində yeniyetmə cüdoçularımız daha 5 medala (3 qızıl, 1 gümüş, 1 bürünc) sahib olmuşdular.

"Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, respublika birinciliyinə 74 komandadan 651 idmançı (567 oğlan, 84 qız) qatılmışdı.