Xəbərlər


“Neftçi İdman Klubu” voleybol turniri keçirib

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında Novruz bayramına həsr olunmuş voleybol turniri keçirilib. Martın 12-də start götürmüş yarış (12-16 mart) İdman Zalı Kompleksində gerçəkləşib. Dairəvi sistemlə keçirilən turnirdə "Bos Şelf” MMC, "Neft Daşları” NQÇİ, "Neftqaztikinti” Tresti, "Qaz İxrac” İdarəsi, "SOCAR Petroleum” ASC, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "28 May” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları mübarizə aparıblar.

"Bos Şelf” keçirdiyi yeddi oyunun hamısını qələbə ilə yekunlaşdırıb. Nəticədə 21 xal toplayan komanda turnirin qalibi adını qazanıb. Altı görüşü qələbəylə başa vuraraq bir qarşılaşmadan məğlub ayrılan "Neft Daşları” (18 xal) ikinci, beş qələbə sevinci və iki məğlubiyyət acısı yaşayan Nəqliyyat İdarəsinin komandası (15 xal) isə üçüncü yeri tutub.

Birinci, ikinci və üçüncü yeri tutan komandalar "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

“Neftçi İdman Klubu” voleybol turniri keçirib“Neftçi İdman Klubu” voleybol turniri keçirib“Neftçi İdman Klubu” voleybol turniri keçirib
“Neftçi İdman Klubu” voleybol turniri keçirib