Xəbərlər


On beş yaşadək cüdoçuların respublika birinciliyinə start verilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda 74 komandadan 651 idmançı (567 oğlan, 84 qız) medallar uğrunda mübarizə aparır.

"Neftçi İdman Klubu”nun cüdoçuları ölkə birinciliyinin ilk günündə 5 medala (3 qızıl, 1 gümüş, 1 bürünc) sahib olublar. Təmsilçilərimizdən 34 kiloqram çəkidə çıxış edən Rza Yusifov bütün görüşləri qələbə ilə başa vuraraq çempionluq sevinci yaşayıb.

Qızların yarışında Nigar Əliyeva (28 kq) və Aydan Vəliyeva (32 kq) eyni uğura imza atıblar və qızıl medala layiq görülüblər. Nigar Səhrəbova (36 kq) fəxri kürsünün ikinci, Cəmilə Əsədova (44 kq) isə üçüncü pilləsində qərarlaşıb.