Xəbərlər


Paralimpiyaçılarımız “Unibank” kubokunda

Bakı Atıcılıq Mərkəzində paralimpiyaçılar arasında güllə atıcılığı üzrə "Unibank” kuboku keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri turnirin iki medalına sahib olublar. Qadınların pnevmatik tapançadan (PTÇ-2) 10 metr məsafəyə atəşaçma yarışında idmançımız Aybəniz Babayeva 538 xal toplayaraq qalib adını qazanıb. Gülnarə Niftəliyeva isə 468 xalla gümüş medala layiq görülüb.