Xəbərlər


Yeniyetmə boksçularımız 6 medala sahib olublar

Yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyi sona yetib. Respublika Boks Mərkəzində təşkil olunan turnirdə paytaxt və müxtəlif bölgələri təmsil edən 50-yə yaxın komandanın tərkibində 375 idmançı yarışıb. Altı gün davam edən birincilikdə yeniyetmə boksçular 14 çəki dərəcəsi üzrə mübarizə aparıblar.

"Neftçi İdman Klubu”nun yetirmələri yarışın 6 medalına sahib olublar. Boksçularımızdan 57 kiloqram çəkidə çıxış edən Elgün Sultanov finala qədər irəliləməyi bacarıb. Lakin həlledici qarşılaşmada məğlubiyyət acısı yaşayan təmsilçimiz gümüş medala layiq görülüb. Zabit Əliyev, Əli İsgəndərov (hər ikisi 48 kq), İlqar Tanrıverdiyev (52 kq), Ümid İbrahimli (70 kq) və Jokhannes Nuriyev (+91 kq) isə ölkə birinciliyini 3-cü yerdə başa vurublar.