Xəbərlər


Taekvondoçularımız Azərbaycan çempionatında

Respublika Boks Mərkəzində taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı sona çatıb. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib.

Klubumuzun taekvondoçuları turnirin ümumilikdə 9 medalını (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıblar.

Kişilərin yarışında 68 kiloqram çəkidə çıxış edən Ayxan Tağızadə, Səid Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq ölkə çempionatının qızıl medalına sahib olublar.