Xəbərlər


Cüdoçularımızdan daha 3 medal

"Sərhədçi” Olimpya İdman Mərkəzində keçirilən gənc cüdoçuların ölkə birinciliyinə yekun vurlub.

Yarışın sonuncu günündə klubumuzun təmsilçilərindən Azər Yaqublu (90 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Vüsal Şamilov (81 kq) gümüş medala layiq görülüb. Rüfət Məmmədov (66 kq) isə respublika birinciliyinin bürünc medalına sahib olub.

Xatırladaq ki, birinciliyin ilk günündə daha altı cüdoçumuz medal qazanmışdı.