Xəbərlər


Neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirildi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis üzrə turnir keçirdi. Qurumun İdman Zalı Kompleksində təşkil olunan yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu, "Bos Şelf” MMC, "Qaz İxrac” İdarəsi, Ekologiya İdarəsi, "28 May” NQÇİ və Nəqliyyat İdarəsinin komandaları mübarizə aparırdı. Üç gün davam edən turnir (19-21 fevral) dairəvi sistemlə keçirilirdi.

İştirak etdiyi beş qaşılaşmanın dördünü qələbə ilə başa vuran və yalnız bir oyundan məğlub ayrılan Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası 12 xalla turnirin qalibi adını qazandı. "Qaz İxrac” İdarəsi ikinci, "Bos Şelf” MMC-nin komandası isə üçüncü yeri tutdu.

Qalib və mükafatçılara "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.

Neft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirildiNeft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirildiNeft, qaz və kimya sənayesi işçiləri arasında futtennis turniri keçirildi