Xəbərlər


Atletimiz İstanbulda medal qazandı

"Neftçi İdman Klubu”nun təmsilçisi Zəkiyyə Həsənova İstanbulda qapalı məkanlarda atletika üzrə beynəlxalq turnirdə bürünc medala layiq görülüb. Atletimiz 60 metr məsafəyə qaçış yarışlarında 7,45 saniyə nəticə göstərərək bu uğura nail olub.

Qeyd edək ki, bu nəticə ilə Zəkiyyə Həsənova Azərbaycan rekordunu yeniləyib.