Xəbərlər


Boks üzrə Bakı şəhər birinciliyi keçirilib

Respublika Boks Mərkəzində keçirilən açıq Bakı birinciliyi sona yetib. 2004-2005-ci illər təvəllüdlü boksçular arasında təşkil olunan yarışda 40-a yaxın komandadan 245 idmançı qüvvəsini sınayıb.

Klubumuzun dəri əlcək ustaları da paytaxt birinciliyinə qatılıblar və yarışın 15 medalına (3 qızıl, 3 gümüş, 9 bürünc) yiyələniblər. Onlardan 43 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Abdullayev, Rəmiş Cəfərov (65 kq) və Kamal Abdullayev (+76 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.