Xəbərlər


Cüdoçularımız Avstriyada iki medala sahib olublar

Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa turniri keçirilib. Yarışda 42 ölkədən 285 idmançı liderlik uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan yığma komandasının heyətində təmsil olunan cüdoçularından ikisi ölkəmizə medal qazandırıb. İdmançılarımızdan 66 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olub. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Telman Vəliyev (73 kq) isə turnirin gümüş medalına layiq görülüb.