Xəbərlər


Güllə atıcılarımız 5 medal qazanıblar

Gənclər arasında güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda klubumuzun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər. Pnevmatik tapançadan atəşaçma yarışlarında (PTÇ-3) güllə atıcılarımızdan İmran Qasımov 563 xal toplayaraq liderliyə yüksəlib. Vladislav Kalmıkov (534 xal) 2- ci, Tamerlan Əliyev (529 xal) isə 3-cü yeri tutub.

Xanım idmançılarımızdan (PTÇ-2) Zeynəb Abbasova 523 xalla gümüş medala layiq görülüb. Fatimə Rzayeva (502 xal) isə paytaxt birinciliyini bürünc medalla başa vurub.