Xəbərlər


Cüdoçumuz “Böyük dəbilqə” turnirindən medalla dönür

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turniri başa çatıb. Yarışda 71 ölkədən 399 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış qadın cüdoçusu , 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska mötəbər turnirin bürünc medalını qazanıb. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn cüdoçumuz yalnız Yaponiya təmsilçisinə məğlub olub və üçüncü yeri tutub.