Xəbərlər


Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında Bakı birinciliyi sona yetib.

46 komandadan 529 cüdoçunun qatıldığı yarışın sonuncu günündə klubumuzun idmançıları 4 medal qazanıblar.

Təmsilçilərimizdən Sübhan Eyubov (55 kq) qızıl, Süleyman Əliyev (55 kq), Camal Baxışov (55 kq) və Hüseyn Məhəmməd (60 kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, paytaxt birinciliyinin ilk günündə daha 9 cüdoçumuz medala yiyələnmişdi.