Xəbərlər


On üç yaşadək cüdoçular arasında Bakı birinciliyi başa çatıb

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 13 yaşadək cüdoçular arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın sonuncu günündə 3 medala sahib olublar. Cüdoçularımızdan 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Hüseynov bütün rəqiblərini məğlubiyyətə uğradaraq qalib adını qazanıb. Yalnız həlledici finalda qələbəni əldən verən Omar Məmmədzadə (46 kq) gümüş, Əliyar Bayramlı (50 kq) isə bürünc medala yiyələnib.

Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin ilk günündə klubumuzun daha 8 cüdoçusu medal əldə etmişdi.