Xəbərlər


Pankrationçularımızdan 26 medal

Hövsan Olimpiya İdman Kompleksində pankration, qraplinq, MMA idman növləri üzrə açıq Bakı birinciliyi və çempionatı keçirilib. Yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunan yarışda 300-dən artıq idmançı qüvvəsini sınayıb.

Klubumuzun təmsilçiləri 7-si qızıl, 5-i gümüş və 14-ü bürünc olmaqla paytaxt yarışının 26 medalına yiyələniblər.

Pankration yarışlarında Elçin Bəşirov (27 kq) və Roman Mənsimzadə (73 kq) yeniyetmələr arasında liderliyə yüksəliblər.

Qraplinq idman növündə İbrahim Nəcəfov (84 kq) gənclər, Seymur Quliyev (92 kq) və Aqil Xəlilli (100 kq) isə böyüklər arasında qalib adını qazanıblar.

MMA yarışlarında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Rahib Mustafayev yeniyetmələr arasında qızıl medala layiq görülüb. Elvin Əlizadə (92 kq) isə gənclərin mübarizəsində eyni uğuru təkrarlayıb.