Xəbərlər


Kiçikyaşlı yeniyetmə cüdoçuların Bakı birinciliyi davam edir

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 13 yaşadək cüdoçular arasında Bakı birinciliyi davam edir. Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 48 komandanın tərkibində 551 cüdoçu çempionluq uğrunda mübarizəyə qoşulub.

Paytaxt birinciliyinin ilk günündə klubumuzun 8 idmançısı mükafata layiq yer tutub. Onlardan 28 kiloqram çəkidə çıxış edən Dərya Bıkova və Gülnarə Gülməmmədli (48 kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıblar. Angelina İsmayılova (28 kq), Dostuxanım Məmmədova (36 kq), Mədinə Abdullayeva (44 kq), Emili Rzayeva (48 kq) və Jalə Sadıqova (+48 kq) gümüş, Nigar Əliyeva (28 kq) isə bürünc medal əldə edib.