Xəbərlər


Samboçularımız ölkə çempionatında uğurla çıxış ediblər

Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr (2000-2002), gənclər (1998-1999) və kişilər arasında keçirilən yarışda 500-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun samboçuları böyük əzmkarlıq nümayiş etdirərək turnirin 36 medalına (12 qızıl, 9 gümüş, 15 bürünc) sahib olublar.

Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Kamran Qasımov (65 kq) və Ramil Abbasov (81 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərin yarışında Nurlan İsmayılov (48 kq), Eyvaz Baxşıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Əli Nəzərli (82 kq) və Sənan Hüseynov (90 kq) rəqib tanımayaraq ölkə çempionu adını qazanıblar. Kişilər arasında təşkil olunan yarışda isə Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.