Xəbərlər


Güləşçilərimiz Bakı birinciliyində

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmə və gənc sərbəst güləşçilər arasında keçirilən paytaxt birinciliyi sona yetib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri ümumilikdə 17 medala (3 qızıl, 4 gümüş, 10 bürünc) sahib olublar.

180-dən artıq idmançının qatıldığı yeniyetmələrin yarışında Fərid Cabbarov (80 kq) yalnız final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Əziz İsmayılov, Ceyhun Allahverdiyev (hər ikisi 45 kq), Sahib Əzizov, Pərvin Rüstəmov (hər ikisi 65 kq), Rəşad Əzizov (71 kq) və İzzət Aşurov (80 kq) isə bürünc medala yiyələniblər.

58 güləşçinin mübarizə apardığı gənclərin yarışında klubumuzun yetirmələrindən İntiqam Vəlizadə (61 kq), Ceyhun Kazımzadə (79 kq) və Orxan Həsənov (125 kq) rəqib tanımayaraq Bakı çempionluğunun sevincini yaşayıblar. Cavid Cabbarlı (57 kq), Abdulxaliq Quluzadə (74 kq), Hüseyn Quliyev ( 92 kq) 2-ci, Rakif Eminov, Fərid Zeynalov (hər ikisi 57 kq), Natiq Hacıağa (61 kq) və Murad Məmmədov (65 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, paytaxt birinciliyində 1-3-cü yerləri tutmuş idmançılar fevralın axırlarında keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.