Xəbərlər


Cüdoçularımız mövqelərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Siyahını "Neftçi İdman Klubu”nun yetirmələri üçün uğurlu hesab etmək olar. Belə ki, cüdoçularımızın hamısı mövqeyini qoruyub və onlardan doqquzu ilk iyirmilikdə yer alıb. Rüstəm Orucov (73 kq) yenə 3-cü, Hidayət Heydərov (73 kq) və Elxan Məmmədov (100 kq) 4-cü, Elmar Qasımov (100 kq) 6-cı, Orxan Səfərov (60 kq) 7-ci, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Nicat Şıxəlizadə (66 kq) 14-cü, Tural Səfquliyev (90 kq) 17-ci pillədə qərarlaşıb. Xanım cüdoçular arasında isə İrina Kindzerska (+78 kq) 7-ci sırada yer alıb.