Xəbərlər


Boks üzrə Azərbaycan çempionatı keçirilir

Respublika Boks Mərkəzində ölkə çempionatı davam edir. Kişilər arasında təşkil olunan və 39 komandanın iştirak etdiyi yarışda dəri əlcək ustaları 10 çəki dərəcəsi üzrə qüvvələrini sınayırlar.

Klubumuzun çempionatda mübarizə aparan boksçularından Niyaməddin Allahverdiyev mükafatçılar arasında yer almağa müvəffəq olub. 60 kiloqram çəkidə çıxış edən idmançımız Azərbaycan çempionatının bürünc medalına yiyələnib.