Xəbərlər


Kikboksçularımız 20 yanvar şəhidlərinin xatirə turnirində

Hövsan Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib.

Yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda klubumuzun idmançıları 11 medal (3 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar. Kikboksçularımızdan +31 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmir Alı, Qalib Hüseynli (42 kq) və İsgəndər Hacıyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.