Xəbərlər


Gənc boksçularımız 3 medala sahib olublar

Respublika Boks Mərkəzində 2000-2001-ci illər təvəllüdlü idmançılar arasında ölkə birinciliyinə yekun vurulub. Yarışda 38 komandanın tərkibində 140 dəri əlcək ustası qüvvəsini sınayıb.

Klubumuzun turnirə qatılan gənc boksçularından üçü medallara sahib olub. Onlardan 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Vüqar Səmədov məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıb. Yalnız final görüşündəki rəqibi ilə bacarmayan Mirmehdi Mehdizadə (52 kq) gümüş medala layiq görülüb. Eyni çəkidə çıxış edən Şirxan Məlikov isə respublika üçüncüsü olub.