Xəbərlər


Cüdo üzrə paytaxt birinciliyi sona yetib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.

Yarışın ikinci – sonuncu günündə klubumuzun yetirmələrindən 90 kiloqram çəkidə çıxış edən Fariz Ağayev bütün qarşılaşmaları qələbə ilə başa vuraraq qalib adını qazanıb. Tunar Nəsirli (73 kq) isə Bakı birinciliyini üçüncü pillədə başa vurub.

Xatırladaq ki, yarışın ilk günündə daha 5 cüdoçumuz medala sahib olmuşdu.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 32 komandadan 318 cüdoçu (295 oğlan, 23 qız) bacarığını nümayiş etdirib.