Xəbərlər


Cüdoçularımız Bakı birinciliyində

"Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək gənc cüdoçuların açıq Bakı birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 32 komandadan 318 cüdoçu (295 oğlan, 23 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.

Yarışın ilk günündə 11 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun gənc cüdoçularından beşi mükafatçılar arasında yer alıb. Qızların yarışında Nigar Cəfərova (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Hüseynova (52 kq) 2-ci, Aytac Quluzadə (48 kq) və Cəmalə Muğumova (63 kq) isə 3-cü yeri tutublar.

Oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüsal Şamilov paytaxt birinciliyinin bürünc medalına layiq görülüb.