Xəbərlər

“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına böyük qayğı ilə yanaşır

"Neftçi İdman Klubu” öz fəaliyyəti, əldə etdiyi nəticələrə görə daim ölkənin ən öncül idman təşkilatlarından olub və liderlər sırasında yer alıb. Liderliyi əldə saxlamaq isə bəlkə də onu qazanmaqdan daha çətindir. Odur ki, klubumuz bu məsuliyyəti çox yaxşı anladığından həmişə yeniliklər axtarışında olub, yeni-yeni ideyalarla gündəmə gəlib.

Azərbaycan idmanında önəmli yeri olan və 35 idman növünü özündə birləşdirən "Neftçi İdman Klubu” təbii ki, idmanın şahı sayılan futbolun da inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərir. Şübhəsiz ki, bu populyar idman növünü uşaq futbolundan ayrı təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil kı, uşaq futbolunu dünyanın hər bir tərəfində bu idman növünün onurğa sütunu hesab edirlər. Klubumuz bütün bunları nəzərə alaraq, uşaq futbolunun inkişafını özünün prioritet məsələləri sırasına daxil edib. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar.

Hal-hazırda "Neftçi İdman Klubu”nda 22 məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Onu da qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda klubumuz yüksək səviyyədə təmsil olunur.

Qarşıya qoyulmuş məqsədə çatmaq naminə görülən işlər, mütəmadi çalışmalar , planlı və düşünülmüş şəkildə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, ötən il dekabr ayının 18-dən 26-dək Tütkiyənin Trabzon şəhərində təlim-məşq toplanışında olan on iki yaşadək futbolçulardan ibarət komandamız bu müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirib. Böyük əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz "Trabzonspor”, "Ortahisar”, "Yolspor” və "Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə uğradıb. Bu da təbii ki, çox böyük uğurdu və klubumuzun uşaq futboluna göstərdiyi qayğının açıq təzahürüdür.

Yanvarın 17-də "Neftçi İdman Klubu” tərəfindən bu sahənin inkişafı istiqamətində daha bir möhtəşəm layihə həyata keçirildi. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında növbəti kütləvi futbol festivalı təşkil olundu. 150-dən artıq uşağın qatıldığı tədbir yüksək bayram əhval-ruhiyyəsində keçdi və onların hədsiz sevincinə səbəb oldu.

Layihənin əsas məqsədi futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzi təbliğ etməkdir.

“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına böyük qayğı ilə yanaşır“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına böyük qayğı ilə yanaşır“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına böyük qayğı ilə yanaşır“Neftçi İdman Klubu” uşaq futbolunun inkişafına böyük qayğı ilə yanaşır