Xəbərlər


Yeniyetmə boksçularımızdan 9 medal

Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyinə yekun vurulub. Boks Mərkəzində keçirilən yarışa 38 komandadan 150-yə yaxın idmançı qatılıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri 14 çəki dərəcəsi üzrə təşkil olunan paytaxt birinciliyinin 9 medalına (1 qızıl, 3 gümüş, 5 bürünc) sahib olublar. Böyük əzmlə mübarizə aparan boksçularımızdan bütün döyüşlərdə nokautla qələbə qazanan Fərid Qarayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Xudu Suanverdiyev (50 kq), Mirabbas Şavruqulu (52 kq) və Elgün Sultanov (54 kq) gümüş medala layiq görülüblər. Fərid Quliyev (44 kq), Aqil İsmayıl (66 kq), Rəmiş Cəfərov (70 kq), Yohanes Nuriyev (80 kq) və Nazim Məmmədov (+80 kq) isə bürünc medalla kifayətlənməli olublar.

Qeyd edək ki, yeniyetmə boksçularımız komanda hesabında üçüncü yeri tutublar.