Xəbərlər


Kiçikyaşlı futbolçularımızın Türkiyə uğuru

"Neftçi İdman Klubu”nun on iki yaşadək futbolçulardan ibarət komandası dekabrın 18-dən 26-dək Tütkiyənin Trabzon şəhərində təlim-məşq toplanışında olub.

Komandamız bu müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirib. Böyük əzmkarlıq nümayiş etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz "Trabzonspor”, "Ortahisar”, "Yolspor” və "Soyuqsuspor” komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə uğradıb.