Xəbərlər


Cüdo üzrə respublika çempionatı davam edir

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblər müəyyənləşib.

"Neftçi İdman Klubu”nun yetirmələri çempionatın ikinci günündə 4 medala sahib olublar. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Coşqun Abdullayev (81 kq) və Tural Səfquliyev (90 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə daha 14 idmançımız medala (2 qızıl, 5 gümüş, 7 bürünc) yiyələnmişdi.

Qeyd edək ki, sabah – çempionatın sonuncu günündə 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qaliblər müəyyənləşəcək.