Xəbərlər


Cüdoçularımız ölkə çempionatının ilk günündə 14 medal əldə ediblər

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında respublika çempionatına start verilib. Dekabrın 28-dək davam edəcək yarışda 55 komandadan 497 idmançı çempionluq uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatın birinci günündə böyük əzmkarlıq nümayiş etdirərək 14 medala (2 qızıl, 5 gümüş, 7 bürünc) yiyələniblər.

Xanım cüdoçular arasında təşkil olunan yarışda Leyla Əliyeva (48 kq) və Buyankşinq Purevsuren (52 kq) bütün rəqibləri üzərində qələbə qazanaraq çempionluq sevinci yaşayıblar. Yalnız final görüşündə məğlub olan Aişə Qurbanlı (48 kq), Erdenebat Bazarraqça (52 kq), Bəsti Səfərova(63 kq), Ruqiyyə Özerdem (70 kq), və Nigar Cəfərova (+78 kq) gümüş medala layiq görülüblər. Guz Şahnaz (48 kq), Şəfəq Məmmədova, Gülşən Nəzərova (hər ikisi 52 kq), İçinxorlo Munktsedef (57 kq), Fidan Hüseynova (63 kq) və Validə Mirzəzadə (70 kq) isə yarışı 3-cü yerdə başa vurublar.

Kişilərin yarışında 66 kiloqram çəkidə çıxış edən cüdoçumuz İmran Sultanov da çempionatın bürünc medalına sahib olub.